ANBAR.AZ MMC-də “Yanğın təhlükəsizliyi, Texniki təhlükəsizlik və Əməyin Mühafizəsi” mövzusunda növbəti iclas keçirilmişdir.

ANBAR.AZ MMC-də “Yanğın təhlükəsizliyi, Texniki təhlükəsizlik və Əməyin Mühafizəsi” mövzusunda növbəti iclas keçirilmişdir.

Məlumat verildiyi kimi, ənənəyə uyğun olaraq 05 mart 2022-ci il tarixdə “Anbar.az” MMC-nin Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən anbar kompleksində icarəçi şirkətlərin nümayəndələrinin iştirakı ilə növbəti geniş iclas keçirilmişdir. Bu içlasda anbar kompleksinin idarəçisi Adil Mütəllimov, texniki təhlükəsizlik üzrə məsul əməkdaşı Əfşan Ağayev, icarəçi şirkətlərin nümayəndələri ilə yanaşı, FHN-nin DYNX-nin əməkdaşı Təyyar Paşayev, şirkətin hüquq məsləhətçisi Mayıl Əhməd və sığorta şirkətinin məsul əməkdaşı Kənan Əliyev və digər şəxslər iştirak etmişlər. Açılış nitqi ilə içlası açan idarəçisi A.Mütəllimov qonaqları salamladıqdan sonra, ilk olaraq icarəçi şirkətlərin nümayəndələrini maraqlandıran məsələlərə toxunmuş, sonuncuların anbar kompleksinin rəhbərliyinə ünvanlanan xahiş və təkliflərini dinləmişdir. Bundan sonra iclasda söz alan FHN-nin əməkdaşı T.Paşayevin “Yanğın təhlükəsizliyi” sahəsində metodik tövsiyyələri dinlənilmiş, ehtiyatsızlıq nəticəsində təcrübədə baş verən hadisələr diqqətə çatdırılmışdır. Bundan sonra sığorta şirkətinin əməkdaşı bədbəxt hadisələrdən qorunmaq üçün daşınar və daşınmaz əmlakların sığortalanması sahəsində maraq doğuran məlumatları iclas iştirakçılarının diqqətinə çatdırmışdır. İclasda söz alan şirkətin hüquq məsləhətçisi M.Əhməd “Anbar.az” şirkəti rəhbərliyi tərəfindən anbar kompleksi ərazisində yaradılan əlverişli və təhlükəsiz iş şəraiti, habelə yanğın təhlükəsizliyi sahəsində görülən digər işlər barədə məlumat vermiş və iclasın formatına uyğun olaraq, iştirakçılarla qüvvədə olan qanunvericilik sahəsində geniş mərifləndirmə işi aparmışdır. Sonda icarəçi şirkətlərin anbar kompleksi ərazisində çalışan məsul əmakdaşlarından birinin üzərinə əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə mühəndis vəzifəsinin qoymasının vacibliyi, habelə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi növbəti dəfə diqqətə çatdırılmaqla, iclasın yekununa dair müvafiq protokol tərtib edilmişdir.
____
*1155
012 345 04 45
Bakı şəhəri, Abşeron rayonu, Aşağı güzdək qəsəbəsi

#anbar #saxlama #yuk #хранилище #склад #boyuk #sahe #kicik #mehsul